\
23 Sentyabr 2024 - Bazar ertəsi

Bakı metrosuna 6 yeni ventilyator gətirilib

Bakı metrosuna 6 yeni ventilyator gətirilib
1442baxış

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Ventprom” maşınqayırma zavodundan aldığı 6 yeni ventilyator ölkəyə gətirilib.

Bu ventilyatorlar keyfiyyətinə və texniki parametrlərinə görə dünyadakı analoqlarından üstündür.

Onlar daha səmərəli, iqtisadi cəhətdən münasib, texniki qulluq və təmir-təftiş baxımından çox rahatdır. Ventilyatorların istehsalçısı server qulluğunu digər əcnəbi istehsalçılarla müqayisədə bir neçə dəfə tez - iki həftə ərzində yerinə yetirir. Həmçinin server qulluğu daha sadə və asandır. Qurğular elektrik enerjisinə qənaət edir və idarəetmə şkafları tezlik çeviricilidir.

6 ventilyatordan 4-ü 75 kVt gücə malik olmaqla “VOM 24-R” tiplidir. “VOM 20” tipli digər 2 ventilyatorun isə 55 kVt gücü var. Qurğular stansiya və yaxın tunelləri havalandıracaq. Artıq onların quraşdırılması istqamətində tədbirlərə görülür. “Əhmədli-Həzi Aslanov” mənzili və “Xətai” stansiyasının şaxtalarında köhnə ventilyator sökülərək hissələrlə çıxarılır. Bu proses tamamlandıqdan sonra yeni ventilyatorların quraşdırılması üçün müvafiq şaxtada normativlərə uyğun təmir işləri aparılacaq. Bu sırada yeni süni havalandırma qurğularının texniki parametrlərinə uyğun özül meydançası inşa olunacaq. Son mərhələdə yeni ventilyator və onun mərkəzləşmiş idarəetmə sistemləri quraşdırılacaq.

Metropolitendə təbii havalandırma ilə bağlı planlı layihələr də icra olunur. Ventilyatorlarla yanaşı təbii havalandırmada xüsusi çəkiyə malik dempferlərin quraşdırılması prosesi davam etdirilir.