\
23 Sentyabr 2024 - Bazar ertəsi

Ukrayna Rusiyanın hərbi itkilərni açıqladı- 49 min

Ukrayna Rusiyanın hərbi itkilərni açıqladı- 49 min
1440baxış

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yeni məlumat yayıb.

Musavat.com xəbər verir ki, Qərargah Rusiya ordusunun daha 350 hərbçisinin məhv edildiyini bildirib. 

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 49 050-ni ötüb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 034 tank, 4 403 zirehli döyüş maşını, 1134 artilleriya sistemi, 293 reaktiv yaylım atəşi sistemi, 153 hava hücumundan müdafiə sistemi, 235 təyyarə, 205 helikopter, 864 PUA, 203 qanadlı raket, 15 gəmi, 3 268 avtomobil texnikası və avtosistern, 105 xüsusi texnikadan ibarətdir.