O, Britaniyanın Baş naziri oldu
Böyük Britaniya kraliçası II Yelizaveta Liz Trassı Balmoral qəsrində qəbul edib və onu ölkənin yeni Baş naziri təyin edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bununla da, Trass kraliçanın təyin etdiyi 15-ci Baş nazir olub.
Bununla yanaşı, Trass Böyük Britaniya tarixində bu vəzifəni tutan üçüncü qadın olub.
Trass kraliçanın qəbulundan sonra Dauninq-stritdəki iqamətgaha yollanacaq və Bakı vaxtı ilə 19:00-da burada Baş nazir olaraq ilk çıxışını edəcək.
Xatırladaq ki, Boris Conson onun iştirakı ilə baş verən qalmaqallar fonunda iyulun 8-i Mühafizəkarlar partiyasının lideri və Baş nazir vəzifəsindən istefa verməyə razı olduğunu bildirib. O, Mühafizəkarlar partiyasına yeni lider və Baş nazir seçilənə qədər səlahiyyətlərini icra edəcəyini açıqlamışdı. Ölkənin xarici işlər naziri Liz Trass sentyabrın 5-i sözügedən partiyanın yeni lideri və ölkənin Baş naziri seçilib.