Türkiyənin füsunkar tarixi quruluşu olan abidəsi - Rumeli fənəri qalası
1615
Dəniz səviyyəsindən 58 metr hündürlükdə və 30 metr hündürlükdə inşa edilən Rumeli qalasının fənəri əvvəllər kerosinlə işıqlandırılırdı.
Rumeli qalası füsunkar tarixi quruluşu və möhtəşəm mənzərəsi ilə turistləri valeh edir. Qala nəhəng ölçüsü və dörd tərəfdən unikal dəniz mənzərəsi ilə seçilir.
Boğazın Qara dəniz sahilindəki ən uzaq nöqtəsi olan Sarıyerdə yerləşən Rumeli qalasının tarixi genuyalılara qədər gedib çıxır.
Osmanlı sultanı IV. Murat dövründə bərpa edilən və şəhərin müdafiəsində böyük rol oynayan qalanın iki gözətçi qülləsi var idi. Boğazın girişində əcnəbi gəmi göründüyü zaman qalanın mühafizəçiləri digər qalaların mühafizəçilərinə xəbər verir və müdafiə tədbirləri görməyə işarə edirdi.
Qala Osmanlı imperiyasından sonra, Cümhuriyyət dövründə 1950 ve 1960-cı illərə qədər müdafiə məqsədi ilə istifadə edilmişdir.
Rumeli qalası bu günə kimi muzey və açıq səma altında teatr kimi fəaliyyət göstərir. Müxtəlif açıq hava sərgilərinə ev sahibliyi edən qala yayda konsertlərin keçirildiyi yer kimi də tanınır.
Lakin son illərdə burada keçirilən konsert və tamaşaların qalaya mənfi təsir göstərə biləcəyinin müəyyən edilməsi səbəbi ilə İstanbul İnzibati Məhkəməsinin qərarına əsasən qalada konsertlərin keçirilməsi qanunla qadağan edilib.