\
27 Noyabr 2024 - Çərşənbə

Beynəlxalq səyyahlar Füzuli şəhərinin mərkəzi ilə tanış olublar

Beynəlxalq səyyahlar Füzuli şəhərinin mərkəzi ilə tanış olublar
1374baxış

Beynəlxalq səyahətçilər (səyyahlar) Füzuli və Xocavəndə səfər zamanı işğaldan azad edilmiş Füzuli şəhərinin mərkəzi ilə də tanış olublar.

Onlara azad edilmiş ərazilərdə mina təhlükəsi, Azərbaycan dövlətinin quruculuq və bərpa işlərindən, həmçinin dağıdılmış ərazilərin əhəmiyyəti ilə bağlı məlumat verilib.

Daha sonra səyyahlar Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarası ilə tanış olublar. Məlumat verilib ki, Azıx mağarası dünya tarixində mühüm yer tutur.

Qeyd edək ki, sentyabrın 8-dən etibarən dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edirlər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.