\
27 Noyabr 2024 - Çərşənbə

Ombudsman Türkiyədə müalicə alan qazilərə baş çəkib

Ombudsman Türkiyədə müalicə alan qazilərə baş çəkib
1391baxış

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin İstanbul şəhərində müalicə alan Vətən müharibəsi iştirakçılarına baş çəkib.

Ombudsman Aparatından Mediapress.az-a verilən məlumata görə, S.Əliyeva Vətən müharibəsində Zəfər qazanılmasında döyüşlər zamanı şücaət göstərərək şəhid olmuş və ya müxtəlif xəsarətlər almış hərbi qulluqçularımızın əvəzolunmaz rolu olduğunu bildirib.

Görüş zamanı Ombudsman qazilərin sağlamlıq vəziyyəti və qayğıları ilə maraqlanıb, onlara tezliklə şəfa taparaq ölkəmizə qayıtmalarını arzulayıb.