\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Velosipeddən yıxılan gənc ağır xəsarət alıb

Velosipeddən yıxılan gənc ağır xəsarət alıb
1517baxış

Lerikdə velosipeddən yıxılan gənc ağır xəsarət alıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Ədalət Hacırıza oğlu Qurbanlı enişlə velosiped  sürərkən idarəetməni itirib və velosipedlə qonşunun dəmir qapısına çırpılıb.

Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan Ə. Qurbanlı Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Ə. Qurbanlıya müayinə zamanı kəllə sümüyünün sınığı diaqnozu qoyulub. O, hazırda süni nəfəs aparatına qoşulub. Faktla bağlı araşdırma aparılır. (apa)

Mediapress.az