\
23 Sentyabr 2024 - Bazar ertəsi

Oğuzda yük avtomobili velosipedçini vurub

Oğuzda yük avtomobili velosipedçini vurub
1366baxış

Oğuz rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası olub.

"Mediapress.az"ın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı yük avtomobili qarşısına çıxan velosipedçini vurub. Qəza nəticəsində velosipedi idarə edən oğlan aldığı ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.