Fransalı futbolçu "Çelsi"nin təklifini rədd edib
1356
Fransa millisinin futbolçusu N Qolo Kante İngiltərənin "Çelsi" klubunu tərk edə bilər.
"Mediapress.az" "The Athletic"ə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi London təmsilçisinin müqaviləni yeniləməklə bağlı təklifini rədd edib.
"Zadəganlar" Kanteyə 2 illik müqavilə təklif etsə də, fransalı oyunçu sözləşməsinin 3+1 illik olmasını istəyib.
Yarımmüdafiəçi daha əvvəl bu müqavilənin detallarını "Çelsi"nin rusiyalı sabiq sahibi Roman Abramoviçlə müzakirə edib.
Qeyd edək ki, N Qolo Kante 2016-cı ildən "Çelsi"də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ildə başa çatacaq.