\
23 Sentyabr 2024 - Bazar ertəsi

İsrail İranın nüvə silahı hazırlamağa yaxın olması barədə xəbərdarlıq edib

İsrail İranın nüvə silahı hazırlamağa yaxın olması barədə xəbərdarlıq edib
1285baxış

“İran nüvə silahı hazırlamağa daha yaxındır”.

Mediapress.az” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz bildirib.

“İran nəinki imkanlar və infrastruktur, həm də bilik əldə edib. Hesab edirik ki, İran bunu etmək istəsə, bir neçə həftə ərzində üç əhəmiyyətli miqdarda (nüvə materialı – Red) və ya 90%-ə qədər zənginləşdirilmiş nüvə silahı üçün kifayət qədər parçalanan material əldə edə bilər” - deyə, o bildirib.

İsrailin müdafiə naziri qeyd edib ki, İranın mümkün nüvə silahı əldə etməsi təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi nəticələrə səbəb olacaq.

Benni Qantzın fikrincə, bu, Tehrana terrorçuluq ixracı cəhdlərini təmin etməyə imkan verəcək.