\
23 Sentyabr 2024 - Bazar ertəsi

Bakı metrosunda sərnişinlərdən biri qatar yoluna düşüb

Bakı metrosunda sərnişinlərdən biri qatar yoluna düşüb
1285baxış

"Elmlər Akademiyası" stansiyasında bir sərnişin (kişi) qatar yoluna düşərək tunelə doğru hərəkət edib.

Bu barədə Mediapress.az”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

"Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb. Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb. Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır", - o bildirib.