\
23 Sentyabr 2024 - Bazar ertəsi

DSX Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı məlumat yayıb

DSX Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı məlumat yayıb
1329baxış

Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhədinin Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd edib.

Bu barədə "Mediapress.az"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, DSX-nin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alıb, erməni hərbi birləşmələrinə güclü və sarsıdıcı zərbələr endiriblər: "Bundan sonra düşmən, ağır itkilər verərək geri çəkilib".