\
27 Noyabr 2024 - Çərşənbə

"Zaqatalanı məşhur edən dədə-baba fındıq sortunu layihəmizə daxil etmişik" - Peter Mixalko

"Zaqatalanı məşhur edən dədə-baba fındıq sortunu layihəmizə daxil etmişik" - Peter Mixalko
1202baxış

Xəbər verdiyimiz kimi, bu gün Zaqatalada fındıq festivalının və "Yurdumun ləzzəti " stendinin rəsmi açılışı baş tutub. Açılışda Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko da iştirak edib. 

"Azərbaycan fındıq ixracı üçün dünyada 3-cü ölkəyə çevrilib. Avropada Zaqataladan fındıq tədarük edildiyini bilirlər. Bu, çox vacib amildir, Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlıqdan xəbər verir. Bu, həmçinin ölkədə yetişdirilən məhsulların Avropa bazarlarına çıxarılması baxımdan imkandır", - deyə o öz çıxışında bildirib. 

Səfir əlavə edib ki, Aİ Azərbaycandan məhsul, o cümlədən meyvə-tərəvəz idxalı ilə bağlı yerli istehsalçıları dəstəkləyir: "Bunun üçün Azərbaycan olan bir sıra tərəfdaşlarla birgə layihələr həyata keçiririk. Həmin tərəfdaşlardan biri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO). Layihələrdən birinin hesabına Zaqatalanı məşhur edən dədə-baba fındıq sortunu , həmçinin bu bölgədə yetişdirilən məhsulları qorunan məhsul irsi siyahısına daxil etmişik".

Mediapess.az