\
27 Noyabr 2024 - Çərşənbə

Londonda kraliça ilə vida mərasimi keçirilir

Londonda kraliça ilə vida mərasimi keçirilir
1380baxış

Böyük Britaniya Kraliçası II Elizabetin xalqla vida mərasimi başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vida mərasimi Londondakı Vestminster sarayında keçirilir.

 

İngiltərə kilsəsinin ruhani rəhbəri, Kenterberi arxiyepiskopu Castin Uelbi və Vestminster abbatlığının rektoru Devid Hoylun xidmət etdiyi liturgiyadan sonra insanlar saraya buraxılmağa başlayıb.

Mərasimdə Kral III Çarlz və monarxın digər övladları - şahzadə Anna, York hersoqu Endryu və Uesseks qrafı Edvard iştirak ediblər. Bundan əlavə, taxtın varisi Uels şahzadəsi Uilyam, onun qardaşı şahzadə Harri və kral ailəsinin digər üzvləri, həmçinin Baş nazir Liz Trass da zalda olub.

Krallığın sakinləri və qonaqlarının kraliça ilə vidalaşmaq üçün dörd gün yarım vaxtı var. Vestminster sarayı 19 sentyabr 09:30-dək açıq olacaq.