Moldova Azərbaycana yeni səfir təyin edəcək
1350
Moldova tezliklə Azərbaycana yeni səfir təyin edəcək.
Bu vəzifəyə Aleksandr Yesaulenko təyin oluna bilər.
Hazırda A.Yesaulenko Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiridir, daha əvvəl isə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsində çalışıb.
Parlamentin komissiyası onun namizədliyini təsdiqləyib.
Moldovanın “Diplomatik xidmət haqqında” Qanununa əsasən, səfir təyinatı ilə bağlı təkliflər xarici işlər və avropaya inteqrasiya naziri tərəfindən Parlamentin Xarici Siyasət və Avropaya İnteqrasiya Komissiyası ilə məsləhətləşdikdən sonra hökumətə təqdim edilir.