\
27 Noyabr 2024 - Çərşənbə

Şuşada Türk Biznes Forumu keçirilir

Şuşada Türk Biznes Forumu keçirilir
1371baxış

Bu gün Şuşada işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilir.

Forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, eləcə də Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edirlər. Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.

Forumda rəsmi şəxslərin çıxışları, ikitərəfli görüşlər, "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investisiya imkanları” mövzusunda xüsusi sessiyanın keçirilməsi nəzərdə tutulur.