Şuşa ilə bağlı bu müqavilə forması təsdiqləndi
1403
Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqaviləsinin forması təsdiq edilib.
Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərar “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-vıQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasinin təmin olunması məqsədilə qəbul edilib. Bu Qərarla təsdiq edilmiş müqavilə forması ilə Şuşa şəhərinin ərazisində mülkiyyətində, istifadəsində və icarəsində abidələrin olduğu fiziki və hüquqi şəxslərlə abidələrin qorunması məqsədilə bağlanılan mühafizə müqaviləsinin şərtləri və müqavilənin şərtlərinə əməl olunmadığı təqdirdə görüləcək tədbirlər müəyyən edib