\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Fazil Mustafadan Siyavuş Novruzova CAVAB

Fazil Mustafadan Siyavuş Novruzova CAVAB
1366baxış
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib.
O bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil.
Millət vəkili Fazil Mustafa isə bu fikirlərin bir qismi ilə razı olmadığını bildirib:
"Qız razılıqsız qaçırılarsa, bu zaman cinayət məsuliyyəti nəzərdə tutulur. Kimsə insan iradəsinə zidd olaraq qaçırılırsa, şəxs məsuliyyət daşımalı və buna görə cavab verməlidir. Qızın şikayəti yoxdursa, özü könüllü olaraq qoşulub qaçıbsa, bu zaman məsuliyyət nəzərdə tutulmamalıdır”.