\
23 Sentyabr 2024 - Bazar ertəsi

Arye Qut vəfat etdi

Arye Qut vəfat etdi
1413baxış

Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut uzun müddət xərçəng xəstəliyindən sonra vəfat edib. 

A. Qut 1975-ci ildə Bakıda anadan olub.

A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edib. O, Türkiyə  -İsrail münasibətləri, İsrail - Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.

Eyni zamanda İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olub. O, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı olub. Vaxtı ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisidir.

2016-cı ildən A. Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!