İran polisi Məhsa Əmininin görüntülərini yaydı - Video
Xəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkədə kütləvi etirazlar davam edir.
Bu məqamda İran polisi Məhsa Əminin olduğu iddia edilən görüntüləri yayıb.
“İrna” agentliyində yer alan xəbərə görə, polis Aminin döyülməsi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, məmurlarla Əmini arasında heç bir fiziki təmas olmayıb.
Əmininin olduğu iddia edilən sözügedən videoda isə polis bölməsində polislə danışan qadının qəfil stula yıxıldığı görünür.
Qeyd edək ki, ailəsi ilə Tehrana qohumlarını ziyarətə gedən 22 yaşlı qız Məhsa Əmini Ərşad patrulu tərəfindən həbs olunaraq Əxlaqi Təhlükəsizlik Polisinə təhvil verildikdən bir neçə saat sonra komaya düşüb və Kəsri xəstəxanasında dünyasını dəyişib. Şahidlər, ailə və xəstəxana hesabatları bu gənc qadının təbii səbəblərdən ölümünü inkar etsə də, İran polisi onun "ürək dayanması" keçirdiyini, digər rəsmilər də "əsas xəstəliklər" olduğunu iddia edirlər. (Qafqazinfo)