\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

İtkin düşmüş 86 yaşlı qoca tapıldı - Bakıda

İtkin düşmüş 86 yaşlı qoca tapıldı - Bakıda
1455baxış

Bakıda itkin düşmüş 86 yaşlı qoca tapılıb.

Mediapress.az "Report"-a istinadən xəbər verir ki, 1932-ci il təvəllüdlü Məmmədov Əli Həsənqulu oğlu bir neçə gün bundan əvvəl Sabunçu rayonu ərazisində evdən çıxaraq geri qayıtmayıb. Bu səbəbdən yaxınları onun axtarışına başlayıblar.

İtkin düşmüş şəxsin oğlu əməkdaşımıza bildirib ki, Ə.Məmmədov artıq tapılıb. Qeyd edək ki, qoca alzeymer xəstəliyindən əziyyət çəkir.