\
27 Noyabr 2024 - Çərşənbə

Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb, komissiyalar yaradılıb

Azərbaycan jurnalistlərinin VIII qurultayı başlayıb, komissiyalar yaradılıb
1409baxış

Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

Səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

3 nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin 7 nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə 9-a çatdırılıb