İjevskdə məktəbə hücum edən şəxsin kimliyi müəyyən olunub
1461
İjevsk şəhərində yerləşən 88 saylı məktəbə hücum edən şəxsin kimliyi məlum olub.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hücum edən şəxs İjevsk sakini və bu məktəbin məzunu, 1988-ci il təvəllüdlü Artem Kazantsevdir. O, hücumdan sonra intihar edib.
Rusiya İstintaq Komitəsi onun yaşadığı yerdə axtarışların aparıldığını açıqlayıb: "Onun neofaşist baxışlarına və nasist ideologiyasına malik olub-olmadığı araşdırılır".