\
8 Dekabr 2022 - Cümə axşamı

Məktəbdə atəş açan şəxs psixonevroloji dispanserdə qeydiyyatda olub - Rusiyada

Məktəbdə atəş açan şəxs psixonevroloji dispanserdə qeydiyyatda olub - Rusiyada
1359baxış

Rusiyanın İjevsk şəhərindəki 88 saylı məktəbdə atəş açan şəxs psixonevroloji dispanserdə qeydiyyatda olub.

Azpost.info xəbər verir ki, bunu Udmurtiya regionunun rəhbəri Aleksandr Breçalov deyib.

Rusiya İstintaq Komitəsi müəyyən edib ki, İjevsk məktəbində atəş açan şəxs bu təhsil müəssisəsinin məzunu Artyom Kazantsevdir. Hazırda hüquq-mühafizə orqanlarının nümayəndələri həmin şəxsin yaşadığı ünvanda axtarış aparır, həmçinin görüntüləri və ətrafı öyrənirlər.