DSX rəisi Şəhidlər xiyabanını ziyarət edib
1420
Vətən müharibəsinin ikinci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti II Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərlərinə gül dəstələri düzülüb.