\
27 Noyabr 2024 - Çərşənbə

Fransa və Ermənistanın müdafiə nazirləri görüşüb

Fransa və Ermənistanın müdafiə nazirləri görüşüb
1391baxış

Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında Parisdə görüş olub.

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, məlumatı Fransa Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, nazirlər Azərbaycanla Ermənistan arasındakı sərhədyanı ərazilərdə vəziyyəti müzakirə ediblər.

Fransalı nazir həmin bölgədə vəziyyəti dəyərləndirmək üçün tezliklə Ermənistana nümayəndə göndəriləcəyini qeyd edib.

Xatırladaq ki, sentyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada işgüzar səfərdə olub.