Ötən il abort etdirənlər arasında 15 yaşlı qızlar var
1532
Ötən il Azərbaycanda 46 877 abort qeydə alınıb.
Mediapress.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, abort etdirənlərdən 24 420-ü 15-29 yaşda olan qadınlardır.
Yeniyetmələr arasında abortların sayı bir neçə dəfə azalıb. Belə ki, ötən il 15-17 yaşda abort olunanların sayı 16 olub. 2010-cu ildə bu rəqəm 158 olmuşdu.
Ötən il 18-19 yaşda abortların sayı 2412, 20-24 yaşda 8478, 25-29 yaşda isə 13 514 olub.