\
8 Dekabr 2022 - Cümə axşamı

Ukraynada azərbaycanlı ailənin meyitləri tapılıb

Ukraynada azərbaycanlı ailənin meyitləri tapılıb
1284baxış

Ukraynanın Xarkov vilayətinin işğaldan azad edilən Çuquyev rayonu ərazisində azərbaycanlı ailənin meyitləri aşkarlanıb.

"Report"un Şərqi Avropa bürosunun Xarkov vilayətində olan əməkdaşının məlumatına görə, 45 yaşlı Əlişir Nurullayev, onun həyat yoldaşı və azyaşlı övladının meyitləri tanınmaz halda tapılıb.

Hazırda Xarkov vilayətində yaşayan bir qrup həmyerlimiz azərbaycanlı ailənin meyitlərinin hissələrini oradan toplayaraq uyğun bir yerdə dəfn etməyə çalışırlar.

Qeyd edək ki, azərbaycanlı ailə Rusiya hərbçilərinin bu ərazini işğal etməyə cəhd edən zaman baş verən partlayışlarda həlak olub.

Hər üç meyit ərazi işğaldan azad olunana qədər dəfn edilməmiş qalıb.