Bərdədə erkən evliliyin qarşısını alınıb
1412
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti dəfə erkən evliliyin qarşısını alıb.
Komitədən Mediapress.az-a verilən məlumata görə, 30 sentyabr 2022-ci il tarixdə Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılmışdır.
Qeyd edək ki, Dövlət Komitəsinin əməkdaşı tərəfindən yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlanılmış, valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilmişdir.
Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilmiş, həmçinin valideynlik məsuliyyəti izah edilmişdir. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır.
Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 176-1.2 Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılır.