\
23 Sentyabr 2024 - Bazar ertəsi

Türkiyədə yaşayış binası çökdü: İnsanlar dağıntılar altında qaldı - Video

Türkiyədə yaşayış binası çökdü: İnsanlar dağıntılar altında qaldı - Video
1386baxış
Türkiyənin Kırşehir şəhərinin Çiçekdağ rayonunda yaşayış binasında qaz sızmasından partlayış baş verib.  
 
AZXEBER.COM İHA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 2 mərtəbəli bina çöküb.
 
Məlumata görə, dağıntılar altında qalan dörd nəfər çıxarılaraq yaxınlıqdakı xəstəxanaya aparılıb.
 
Bildirilir ki, xilas edilənlərdən biri azyaşlıdır.
 
Hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunublar.