\
26 Noyabr 2024 - Çərşənbə axşamı

TƏBİB zəhərlənən şagirdlərlə bağlı açıqlama verdi

TƏBİB zəhərlənən şagirdlərlə bağlı açıqlama verdi
1383baxış

Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub. TƏBİB-dən Mediapress.az-a bildirilib ki, bu gün saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub:

“İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir”.