Bakı Dövlət Sirki şəhid və qazi ailələrinin övladları üçün proqramla çıxış edəcək
1443
Bakı Dövlət Sirki şəhid və qazi ailələrinin övladları üçün proqramla çıxış edəcək.
Qurumdan verilən məlumatda bildirilir ki, Beynəlxalq Sirk Proqramı 12 oktyabr tarixindən start götürəcək. Sirk proqramında iştirak etmək istəyən şəhid və qazi ailələri Bakı Dövlət Sirkinin bütün resursları üzərindən əlaqə saxlaya bilərlər.
Ümumilikdə proqram 14 oktyabrdan başlayaraq 27 noyabr tarixinə kimi davam edəcək.
Bu müddət aralığında da şəhid və qazi ailələri üçün proqram ödənişsiz olacaq.