\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Salyanda baş verən qəzada xəsarət alan doqquz nəfərin kimliyi AÇIQLANDI - YENİLƏNİB + SİYAHI

Salyanda baş verən qəzada xəsarət alan doqquz nəfərin kimliyi AÇIQLANDI - YENİLƏNİB + SİYAHI
1433baxış

Baş Dövlət Yol Polisi İdarəsi Salyan rayonunda iki avtomobilin toqquşması ilə bağl açıqlama verib.

İdarənin İctimai Qurumlarla Əlaqə Şöbəsindən Oxu.Az-a bildirilib ki, Ələt-Astara-İran sərhədi yolunun Salyan rayon ərazisində keçən 56,5-ci kilometrliyində Astara rayonu istiqamətində hərəkət edən Əsədov Əyyar Sadat oğlunun idarə etdiyi “Ford” markalı və “Huyndai” markalı avtomobillər toqquşub:“Hər iki nəqliyyat vasitəsi aşıb. Ə.Əsədov və Kərimli Zeynəb xəsarət alıb. Yeddi nəfərə isə ilkin tibbi yardəm göstərilib”.

İlhamə Əbülfət

13:20

Ötən gün axşam saatlarında Salyan rayonunda iki avtomobilin toqquşması zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən şəxslər bunlardır:

1948-ci il təvəllüdlü Fərəcov Fərhad Məmməd oğlu - Şirvan şəhər sakini, 1958-ci il təvəllüdlü Fərəcova Zemfira Qulamhüseyn qızı - Şirvan şəhər sakini, 1979-cu il təvəllüdlü Mərdiyev Əliş Güloğlan oğlu - Cəlilabad sakini, 1966-cı il təvəllüdlü Kərimli Zeynəb Kərim qızı -Bakı sakini, 1975-ci il təvəllüdlü Abdullayev Nazim İbrahim oğlu - Masallı sakini, 1971-ci il təvəllüdlü Abbasov Şirvan Sərhəd oğlu -Masallı sakini, 1964-cü il təvəllüdlü Hüseynov Əlafət İsabala oğlu - Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Ağayeva Arzu Teymur qızı - Bakı sakini, 1961-ci il təvəllüdlü Əsədov Əyyar Sədat oğlu - Yardımlı sakini.

Xatırladaq ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

09:00

Salyanda baş verən yol qəzasında 9 nəfər xəsarət alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.