Mərkəzi Bankın sədri Azərbaycanın ABŞ-dakı səfirliyini ziyarət edib - Foto
1406
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycanın ABŞ-dakı səfirliyini ziyarət edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı diplomatik missiyası tviterdə məlumat yayıb.
“Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında iştirak etmək məqsədilə Vaşinqton şəhərində səfərdə olan Mərkəzi Bankın sədri Taleh Kazımov və nümayəndə heyəti bu gün Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyini ziyarət etmişdir”, - səfirlik bildirib.