\
23 Sentyabr 2024 - Bazar ertəsi

Velosiped 12 yaşlı oğlanın ayağını kəsdi - VİDEO

Velosiped 12 yaşlı oğlanın ayağını kəsdi - VİDEO
1423baxış

Bakı şəhərində velosiped 12 yaşlı oğlanın ayağını kəsib.

 

Oxu.Az-ın məlumatına görə, Sabunçu rayonunda 2010-cu il təvəllüdlü oğlanın ayağına velosipedin metal elementi nüfuz edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin xilasediciləri təcili tibbi yardım briqadasının müşayiəti ilə ilkin xilasetmə tədbirlərini  həyata keçiriblər. Belə ki, ayağa nüfuz etmiş metal element xüsusi alət vasitəsi ilə kəsilərək velosipeddən ayrılıb.

Ayağa nüfuz etmiş hissənin çıxarması üçün cərrahi müdaxilə tələb olunduğundan yaralı təcili tibbi yardım briqadasına təhvil verilib.