\
23 Sentyabr 2024 - Bazar ertəsi

“YAŞAT” Fondu şəhid qardaşının borcunu bağladı

“YAŞAT” Fondu şəhid qardaşının borcunu bağladı
1311baxış

Şəhid qardaşının banklara olan kredit borcu “YAŞAT” Fondu tərəfindən tam bağlanıb. 

Bu barədə Oxu.Az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənən Əhmədov məlumat verib. 

O bildirib ki, Fondun təşəbbüsü ilə onun banklara olan bütün borcu ödənilib:

“Kifayət qədər böyük məbləğ idi. “YAŞAT” Fondu həmin kredit borclarını bağladı. Məbləğin dəqiq rəqəmini bilmirəm, amma kifayət qədər çox idi”.

Qeyd edək ki, bu barədə ilk məlumatı manşet.az saytı dərc edib.