\
23 Sentyabr 2024 - Bazar ertəsi

ATV-nin iş yerində vəfat edən əməkdaşının kimliyi AÇIQLANDI - YENİLƏNİB + FOTO

ATV-nin iş yerində vəfat edən əməkdaşının kimliyi AÇIQLANDI - YENİLƏNİB + FOTO
1352baxış

ATV-də vəfat edən əməkdaş telekanalın Nəqliyyat şöbəsinin müdiri Məmmədov Mustafa olub. 

Telekanaldan Oxu.Az-a verilən məlumata görə, o bu gün iş yerində dünyasını dəyişib. Təcili tibbi yardım çağırılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib. 

 

Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib. 

13:40

ATV-nin əməkdaşı iş yerində vəfat edib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, telekanalın əməkdaşı nahar fasiləsində yeməkxanada yemək yeyərkən boğazında qida qalığı qalıb.

İlkin məlumata görə, qida nəfəs borusuna düşdüyündən şəxsin həyatını xilas etmək mümkün olmayıb. 

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Könül Cəfərli