\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Prezident: Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 25 milyon tona qədər çatdırmaq istəyirik

Prezident: Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 25 milyon tona qədər çatdırmaq istəyirik
1409baxış

Mən bildirməliyəm ki, biz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər çatdırmaq istəyirik”.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatında bildirib.

“Artıq bütün göstərişlər verildi və vəsait də ayrılacaq. Ona görə də nəqliyyat sahəsində Gürcüstanla Azərbaycan arasında sıx koordinasiya aparılmalıdır. Çünki bizim birgə layihələrimiz eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz. Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır”, - Prezident İlham Əliyev qeyd edib.

#