\
23 Sentyabr 2024 - Bazar ertəsi

Tərtər rayon Mədəniyyət Mərkəzində şagirdlərlə görüş keçirilib

1384baxış

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Polis Şöbəsinin əməkdaşları, Polis Akademiyasının müəllimləri, qazilər, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov və digərləri gənclərin vətənpərvərlik ruhunda və sağlam böyümələrinin, müasir informasiya texnologiyaları haqqında bacarıqlara yiyələnməyin əhəmiyyətini qeyd ediblər. Gənclərimizə yaxşı təhsil almağın vacibliyi diqqətə çatdırılıb, dərslərində uğurlar arzulayıblar. Daha sonra Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəflilyi, şagirdlərin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği mövzusunda bəhs olunub.

Sonda məktəblilərə Polis Akademiyasındakı tədris prosesinə həsr olunmuş videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.