\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Xəstəxana əməkdaşının intiharının detalları: “Həyat yoldaşının xəyanət etməsindən şübhələnirdi” - YENİLƏNİB

Xəstəxana əməkdaşının intiharının detalları: “Həyat yoldaşının xəyanət etməsindən şübhələnirdi” - YENİLƏNİB
1412baxış

Lerikdə xəstəxanada baş verən intiharla bağlı yeni məqamlar açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasının qeyri-tibb (anbardar) işçisi 30.04.1990-cı il təvəllüdlü Baxşıyev Orucəli Hacı oğlu 27.10.2022-ci il tarixində saat 23:40 radələrində öz otağında növbədə olan gözətçi tərəfindən asılı vəziyyətdə aşkarlanıb. O.Baxşıyevin öldüyü məlum olub və bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır.

Lerik Rayon Mərkəzi Xəstəxanasında baş vermiş intihar hadisəsinin detalları bəlli olub.

Hadisə ilə bağlı Modern.az-a açıqlama verən Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Maqsud Ağayev Orucəli Baxşıyev ailə münaqişəsi zəminində intihar etdiyini bildirib.

“Orucəli sakit təbiətli işçi olub. Həyat yoldaşının ona xəyanət etməsindən şübhələnirdi. Onun bu səbəbdən intihar etdiyi deyilir. İşlə bağlı heç bir problemi olmayıb”,- deyə baş həkim vurğulayıb.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Lerik Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı iş yerində intihar edib.

“Report” xəbər verir ki, xəstəxanada anbardar vəzifəsində çalışan Orucəli Baxşıyev xidməti otağında özünü asıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Könül Cəfərli