\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Şamaxıda qaynar mürəbbə tası körpənin üzərinə dağılıb

Şamaxıda qaynar mürəbbə tası körpənin üzərinə dağılıb
1484baxış

 Şamaxı rayonunun Meysəri kəndində bədbəxt hadisə baş verib.

Məlumatına görə, yerli sakin evdə mürəbbə bişirərkən qaynar tas 2017-ci il təvəllüdlü oğlu Bayramov Rəvan Taryel oğlunun üzərinə aşıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən körpəyə III dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib. Körpənin vəziyyəti ağırdır.(report)

Mediapress.az