\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Bakı-Qazax yolunda mikroavtobusun aşmasının səbəbi AÇIQLANDI - YENİLƏNİB

Bakı-Qazax yolunda mikroavtobusun aşmasının səbəbi AÇIQLANDI - YENİLƏNİB
1339baxış

Bakı-Qazax yolunda mikroavtobusun aşmasının səbəbi AÇIQLANDI - YENİLƏNİB + VİDEO

29 Okt, 2022
15:01
822
2
58
 
 

 

Bakı-Qazax yolunda mikroavtobusun aşmasına səbəb piyada olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yolun 26-cı km-də olub. Sürücü, 1957-ci il təvəllüdlü R.Məmmədov idarəetməni itirərək, mikroavtobusu aşırıb.

Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, 99-XX-256 dövlət nömrə nişanlı, “İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən mikroavtobusun qarşısına piyada çıxıb:

“Bu səbəbdən sürücü idarəetməni itirərək mikroavtobusu aşırıb. İlkin məlumata görə, hadisə nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

14:09

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, qəza mikroavtobusun aşması nəticəsində baş verib.

Hadisə zamanı 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.

Qəza yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.