\
23 Sentyabr 2024 - Bazar ertəsi

Şuşada "Ali təhsil haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb

Şuşada "Ali təhsil haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb
1372baxış

Bu gün Şuşada Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilir.

APA xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

- "Ali təhsil haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi.

- İşğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası sahəsində tədbirlər.

Qeyd edək ki, "Ali təhsil haqqında” qanun layihəsi ilk dəfədir ki, parlamentin komitələrində müzakirəyə çıxarılır. Bundan əvvəl qanun layihəsi İşçi qrupda müzakirə olunub.