\
23 Sentyabr 2024 - Bazar ertəsi

Avtomobil nənə və nəvəni vurub - ölən var

Avtomobil nənə və nəvəni vurub - ölən var
1341baxış

Abşeronda avtomobil nənə və nəvəni vurub, ölən var.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 31-i saat 23 radələrində Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən şəhər sakini Solmaz Əsədova və nəvəsi Y.Əsədov müəyyən edilməyən avtomobillə vurulub. Nəticədə onlar xəstəxanaya yerləşdirilib, S.Əsədova orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.