\
23 Sentyabr 2024 - Bazar ertəsi

Bloger Hüseyn Dubayda qəzaya düşdü - FOTO

Bloger Hüseyn Dubayda qəzaya düşdü - FOTO
1384baxış

Rusiyada məşhurlaşan azərbaycanlı video bloger Hüseyn Həsənov Dubayda qəzaya düşüb.

 

 
Bakupost.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında video paylaşıb.
 
Adrenalin yaşamaq üçün yüksək sürətlə "kvadrasikl" idarə edən blogerin qəza nəticəsində sol ayağı zədələnib.
 
 
Dərhal klinikaların birinə çatdırılan Hüseyn əlil arabasında "MRT" müayinəsinə aparılıb. Orada onun ayağının sındığı aşkar olunub və ayağına gips qoyulub.
 
Görüntülərini paylaşan Həsənov klinikada göstərilən tibbi yardımın həddindən baha olduğundan şikayətlənib. O, çekin fotosunu paylaşaraq 4,741 dollar (təxminən 8059 manat) ödədiyini bildirib.