\
26 Noyabr 2024 - Çərşənbə axşamı

DTX-nin saxladığı iddia edilən nazirin birinci müavini işə çıxıb

DTX-nin saxladığı iddia edilən nazirin birinci müavini işə çıxıb
1393baxış

Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyatla saxladığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.

 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, nazir müavini hazırda vəzifəsini icra edir.

Nazirliyin elə həmin gün saxlanılan Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində isə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.