\
23 Sentyabr 2024 - Bazar ertəsi

Goranboyda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub

Goranboyda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub
1349baxış

Goranboyda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

Musavat.com "Report"a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin vuraraq öldürdüyü piyada 65 yaşlı Nəriman Sadıqovdur.

Xatırladaq ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisində qeydə alınıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.