Fazil Məmmədov Türkiyədə vəfat edib
1410
Sabiq vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib
Bu barədə APA-ya mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, Fazil Məmmədovun nəşi dəfn olunması üçün Bakıya gətiriləcək.
Qeyd edək ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O 2000-2017-ci illər ərzində Azərbaycanın vergilər naziri postunu tutub. Sabiq nazir son vaxtlar Türkiyədə müalicə olunurdu.