DTX-nin saxladığı iddia olunan nazir müavini: “Hazırda evimdəyəm, yaxın zamanlarda...”
1418
DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi antikorrupsiya əməliyyatında saxlanıldığı və sonradan sərbəst buraxıldığı iddia olunan nazir müavini Elnur Əliyev Gununsesi.info-ya qısa açıqlama verib.
Telefonla verdiyi açıqlamasında Elnur Əliyev: “Mən hazırda evimdəyəm. İndi elə bir vəziyyətdir ki, nəsə deyə bilmərəm. Yəqin ki, yaxın zamanlarda hər şey aydınlaşar, sizin də bundan məlumatınız olar”, - deyə bildirib.
Qeyd edək ki, Elnur Əliyev noyabrın 3-də Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.