Ərdoğan Putinlə ehtiyacı olan ölkələrə pulsuz taxıl tədarükünü razılaşdırıb
1410
Putinlə Ukrayna taxılının ehtiyacı olan ölkələrə pulsuz göndərilməsi ilə bağlı razılaşdıq.
APA NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Putinlə həmfikirik, taxıldan ilk növbədə Afrika ölkələri istifadə etməlidir”, - o qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya liderlərinin telefon danışığı olub. Tərəflər taxıl dəhlizini müzakirə ediblər.